RU

Qala-Şüvəlan yolunda avtomobillə motosiklet toqquşdu: Ölən var

Qala-Şüvəlan yolunda ölümlə nəticələnən qəza baş verib.

Trend-in məlumatına görə, hadisə aprelin 19-da saat 20:10 radələrində Qala-Şüvəlan yolunda qeydə alınıb.

Belə ki, Behbudov Cəmil Nurulla oğlu idarə etdiyi "Mercedes E-280" markalı avtomobillə hərəkətdə olarkən qarşı istiqamətdən gələn, Əşrəfzadə Vüqar İlqar oğlunun sürdüyü motosikletlə toqquşub. Nəticədə motosiklet sürücüsü aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
15
4
olaylar.az

5Источники