Bakı. Trend:
AZCON Holdinq şirkətlərindən olan “AzInTelecom” MMC-nin qurduğuSuperkompüter Mərkəzinin imkanlarından aktiv şəkildə istifadəedilir.
Süni intellekt (Sİ) həllərinin hazırlanması və tətbiqi üçüngeniş imkanlar təqdim edən bu infrastrukturun bir sıra dövlətqurumları və aparıcı təşkilatlar tərəfindən istifadə olunmasınabaşlanılıb. Hazırda mövcud resurslardan Azərbaycan RespublikasıKənd Təsərrüfatı Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişafAgentliyi (İRİA), Milli Süni İntellekt Mərkəzi, ABB və daha birneçə qurum yararlanmaqdadır.
Superkompüter infrastrukturunda tətbiq olunan “NVIDIA H200 GPU”çipləri böyükhəcmli məlumatların yüksək sürətlə emalına imkan verirvə ənənəvi kompüterlərlə müqayisədə əhəmiyyətli üstünlük təminedir. Bu da öz növbəsində Sİ layihələrinin ölkə daxilində, xariciresurslardan asılılıq olmadan inkişaf etdirilməsinə şəraityaradır.
Qeyd edək ki, layihənin əsas məqsədi ölkədə süni intellekttexnologiyalarının tətbiqini genişləndirmək, bu sahədə inkişafısürətləndirmək və rəqəmsal transformasiyaya töhfə verməkdir.“AzInTelecom” tərəfindən superkompüter infrastrukturunungenişləndirilməsi məqsədilə əlavə “GPU” resurslarının təminolunması istiqamətində işlər davam etdirilir.