RU

Rusiya Azərbaycandan elektrik enerjisi idxalını artırıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Rusiyaya 21,476milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.

Trend-inDövlət Statistika Komitəsinə istinadən məlumatına görə, bu həcmdəelektrik enerjisinin ixracından əldə olunan gəlir 1,189 milyon ABŞdolları olub.

Rusiyaya elektrik enerjisi ixracı 2025-ci ilin eyni aylarındakıgöstərici ilə müqayisədə həcm ifadəsində 4,7 milyon kVt/saat və ya27,7%, dəyər ifadəsi ilə isə 572 min ABŞ dolları, yaxud 1,9 dəfəartıb.

Eyni zamanda, 2026-cı ilin ilk iki ayında Rusiyadan Azərbaycana544 min ABŞ dolları dəyərində, 13,820 milyon kVt/saat həcmindəelektrik enerjisi ixrac edilib.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 66 min ABŞ dolları və ya 13,8% çox, həcm ifadəsində isə2,066 milyon kVt/saat və ya 13% azdır.

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan ümumilikdə üçölkəyə - Rusiya, Gürcüstan və İran İslam respublikasına 3,923milyon ABŞ dolları dəyərində 72,208 milyon kVt/saat elektrikenerjisi ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədəAzərbaycandan elektrik enerjisi ixracı dəyər ifadəsində 12,4 milyonABŞ dolları və ya 4,2 dəfə, həcm baxımından isə 224 milyon kVt/saatvə yaxud 4,1 dəfə azdır.

Bundan başqa, bu ilin ilk iki ayında Azərbaycan sözügedənölkələrdən 619 min ABŞ dolları dəyərində 16,452 milyon kVt/saatelektrik enerjisi idxal edib. Bu, ötən ilin eyni dövründəkigöstərici ilə müqayisədə dəyər baxımından 38 min ABŞ dolları və ya6,5% çox, həcm ifadəsində isə 2,6 milyon kVt/saat və ya 13,6%azdır.

Məqalədə:
Избранный
5
7
az.trend.az

8Источники