RU

Məktəblərdə giriş-çıxış və forma qaydaları sərtləşdirildi

Türkiyənin Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən hadisələrdən sonra məktəblərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, yeni qaydalara əsasən bir çox məktəbdə şagirdlərin yalnız məktəb forması ilə dərsə gəlməsi məcburi edilib.

Eyni zamanda məktəblərə giriş-çıxışlara ciddi nəzarət olunacaq.

Valideynlərin məktəb ərazisinə daxil olması məhdudlaşdırılıb. Onlar yalnız əvvəlcədən görüş təyin etməklə və şəxsiyyət təqdim etməklə məktəbə girə biləcəklər. Dərs zamanı isə məktəbə yalnız müəllim, şagird və işçilərin daxil olmasına icazə veriləcək.

Məktəblərdə şagirdlərin mobil telefon, ağıllı saat və planşetlə gəlməsi də bir çox təhsil müəssisəsində qadağan olunub.

Bundan başqa, valideynlərin dərs bitdikdən sonra məktəb həyətində gözləməsinə icazə verilməyəcək. Şagirdlərin qəbul edilməsi üçün xüsusi gözləmə zonaları müəyyən edilib.

Rəsmilər bildirir ki, bu tədbirlər məktəblərdə təhlükəsizliyi artırmaq məqsədi daşıyır.

Избранный
10
azedu.az

1Источники