RU

İsraildə İrana casusluqda şübhəli iki gəncsaxlanıldı

İsrail polisi İrana casusluq etməkdə şübhəli bilinən iki nəfərin saxlanıldığını açıqlayıb.

Redaktor.az xəbər verir ki, hüquq-mühafizə orqanlarının məlumatına görə, şübhəlilərdən biri – Ness Ziona şəhərindən olan 19 yaşlı Sagi Haik mart ayında həbs olunmazdan əvvəl bir neçə ay ərzində İran agenti ilə əlaqə saxlayıb.

Bildirilib ki, Haik “ərəb ölkələrindən birində təlim keçməyə razılıq verib” və ondan müxtəlif tapşırıqları yerinə yetirmək üçün başqa şəxsləri də cəlb etməsi istənilib.

Səlahiyyətlilər qeyd edib ki, o, ailə üzvlərinə aid şəxsi məlumatları da qarşı tərəfə ötürüb və daha sonra həmin şəxsdən təhdid mesajları alıb.

Polisin məlumatına görə, Haik dindirilmə zamanı Beyt Oveddən olan 21 yaşlı Assaf Chetritə kömək etdiyini etiraf edib.

Qeyd olunub ki, hər iki şübhəlinin bazar ertəsi günü rayon məhkəməsində ittiham olunacağı gözlənilir.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
44
1
redaktor.az

2Источники