RU

263 məktəbdə ciddi sanitar-gigiyenik pozuntular aşkar edilib

Azərbaycanda aparılan monitorinqlər zamanı 263 məktəbdə ciddi sanitar-gigiyenik pozuntular aşkar edilib. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Qurumun açıqlamasına görə, pozuntulara sanitar-texniki və gigiyenik tələblərə əməl olunmaması, məhsulların düzgün temperatur rejimində saxlanmaması, işçilərin məcburi tibbi müayinədən keçməməsi və qida bloklarında təmizlik-dezinfeksiya qaydalarının pozulması daxildir.

Mart ərzində ümumilikdə 390 məktəbdə monitorinq aparılıb. Nəticədə 23 məktəbdə yararlılıq müddəti bitmiş, 5 məktəbdə isə satışı qadağan edilən qida məhsulları aşkarlanıb.

Aşkarlanan məhsullar satışdan çıxarılıb, məsul şəxslər barəsində inzibati tədbirlər görülüb və icrası məcburi göstərişlər verilib.

AQTA həmçinin məsələnin nəzarətdə saxlanılması üçün Elm və Təhsil Nazirliyi və regional təhsil idarələrinə rəsmi məktublar göndərildiyini bildirib.

Aytac 

Избранный
16
1
anews.az

2Источники