RU

Qazaxıstanda bundan sonra it günü də qeyd ediləcək

Newscenter.az saytından alınan məlumata görə, ain.az bildirir.

Qazaxıstan bu ildən başlayaraq daha bir xüsusi gün qeyd ediləcək.Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir ki, hökumət təqvimə daha bir əlamətdar günü əlavə edib. Belə ki, 3 sentyabr Qazaxıstan Tazısı və Tobeti Günü kimi qeyd olunacaq.Sənəddə deyilir ki, qərar rəsmi dərc edildiyi tarixdən on təqvim günü sonra qüvvəyə minəcək.Qeyd olunur ki, bu tarixin seçilməsinin bir səbəbi var. Belə ki, 3 sentyabr 2024-cü ildə Beynəlxalq Kinoloji Federasiyası (FCI) Qazaxıstan Tazısını müvəqqəti olaraq tazı cinsi kimi tanımaq qərarına gəlib. Qazaxıstan tazısı cinsinin standartının sahibi statusu da təsdiqlənib.Dörd il əvvəl Tokayev Qazaxıstan tazısı və Tobetin qorunması işinə başlamağı tapşırmışdı. Bir il sonra Beynəlxalq Kinoloji Federasiyasının (FCI) Baş Assambleyasının iclasında Qazaxıstan Kinoloqlar İttifaqı bu təşkilatın tamhüquqlu üzvü kimi tanındı.Anar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
1
newscenter.az

2Источники