RU

U-17-nin UEFA İnkişaf Turniri üçün heyəti açıqlandı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gündən aprelin 23-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışında olacaq.

Fanat.Az xəbər verir ki, U-17 aprelin 24-dən mayın 1-dək Qazaxıstanın Çimkənd şəhərində UEFA İnkişaf Turnirində iştirak edəcək. 

Aqil Nəbiyevin yetirmələri turnir çərçivəsində Rusiya, Qazaxıstan və Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Milli komandanın 26 nəfərlik ilkin siyahısı bəlli olub. 20 futbolçudan ibarət yekun heyət Qazaxıstan səfəri öncəsi müəyyənləşəcək.
 
U-17-yə dəvət edilən futbolçuların adlarını və oyunların təqvimini nəzərinizə çatdırırıq:
 
1 Ülvi Abbaslı - Sumqayıt
2. Oqtay Mehrəliyev - Qarabağ
3. Əkbər Əhmədov - Sabah
4. Qüdrət Qarayev - Kəpəz
5. Ruslan Quliyev - Neftçi
6. Vaqif Nəbiyev - Qarabağ
7. Əbubəkir Abdullayev - Sabah
8. Roman Fərzəli - Qarabağ
9. Arda Əzizli - Qarabağ
10. Vaqif  Məmmədli - Sabah
11. Tunar Bayramov - Qarabağ
12. Nazim Əliyev - Srvena Zvezda (Serbiya)
13. Əhəd Hacızadə - Qarabağ
14. Yusif Orucəliyev - Qarabağ
15. Nihad Hüseynzadə - Sabah
16. Şikar Şikar - Neftçi
17. Firdovsi Şeydayev - Sabah
18. Nicat Əhmədzadə - Marcet (İspaniya)
19. Rəsul Balakişiyev - Marcet (İspaniya)
20. Ümid Əliyev - Hueska (İspaniya)
21. Amin İmanverdiyev - Osense (İspaniya)
22. Tunar Əsgərzadə - Qarabağ
23. Ömər Kosayev - Sumqayıt
24. Yusif Quliyev - Marcet (İspaniya)
25. Ruslan Əbilov - Sabah
26. Hikmət Mirzə - Nastik İdman Akademiyası (İspaniya)
 
25 aprel

14:30. Rusiya (U-17) – Azərbaycan (U-17)
“Namıs” stadionu, BIIK İdman Kompleksi
 
27 aprel

14:30. Azərbaycan (U-17) – Qazaxıstan (U-17)
“Namıs” stadionu, BIIK İdman Kompleksi
 
30 aprel

09:30. Pakistan (U-17) – Azərbaycan (U-17)
“Namıs” stadionu, BIIK İdman Kompleksi

Избранный
11
1
fanat.az

10Источники