UEFA İnkişaf Turnirində iştirak edəcək Azərbaycanın U-17 millisinin ilkin heyəti bəlli olub.
Bu barədə SİA-ya AFFA-dan məlumat verilib.
17 yaşadək futbolçulardan ibarət yığma bu gündən aprelin 23-dək Milli Komandaların Təlim-Məşq Mərkəzində təlim-məşq toplanışında olacaq.
U-17 aprelin 24-dən mayın 1-dək Qazaxıstanın Çimkənd şəhərində UEFA İnkişaf Turnirində iştirak edəcək. Aqil Nəbiyevin baş məqşçisi olduğu kollektiv turnir çərçivəsində Rusiya, Qazaxıstan və Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. 20 futbolçudan ibarət yekun heyət Qazaxıstan səfəri öncəsi müəyyənləşəcək.
| N. | Ad / Soyad | Klub |
| 1 | Ülvi Abbaslı | Sumqayıt |
| 2 | Oqtay Mehrəliyev | Qarabağ |
| 3 | Əkbər Əhmədov | Sabah |
| 4 | Qüdrət Qarayev | Kəpəz |
| 5 | Ruslan Quliyev | Neftçi |
| 6 | Vaqif Nəbiyev | Qarabağ |
| 7 | Əbubəkir Abdullayev | Sabah |
| 8 | Roman Fərzəli | Qarabağ |
| 9 | Arda Əzizli | Qarabağ |
| 10 | Vaqif Məmmədli | Sabah |
| 11 | Tunar Bayramov | Qarabağ |
| 12 | Nazim Əliyev | Srvena Zvezda (Serbiya) |
| 13 | Əhəd Hacızadə | Qarabağ |
| 14 | Yusif Orucəliyev | Qarabağ |
| 15 | Nihad Hüseynzadə | Sabah |
| 16 | Şikar Şikar | Neftçi |
| 17 | Firdovsi Şeydayev | Sabah |
| 18 | Nicat Əhmədzadə | Marcet (İspaniya) |
| 19 | Rəsul Balakişiyev | Marcet (İspaniya) |
| 20 | Ümid Əliyev | Hueska (İspaniya) |
| 21 | Amin İmanverdiyev | Osense (İspaniya) |
| 22 | Tunar Əsgərzadə | Qarabağ |
| 23 | Ömər Kosayev | Sumqayıt |
| 24 | Yusif Quliyev | Marcet (İspaniya) |
| 25 | Ruslan Əbilov | Sabah |
| 26 | Hikmət Mirzə | Nastik İdman Akademiyası (İspaniya) |