RU

Azər Qasımlının həyat yoldaşına niyə məhbdudiyyət qoyulub? SƏBƏBİNİ ÖZÜ AÇIQLADI

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, hazırda həbsdə olan siyasətçi Azər Qasımlının həyat yoldaşı Samirə Qasimlının  ölkədən çıxışına məhdudiyyət qoyulub.

Gununsesi.info xəbər verir ki, bu barədə S.Qasımlı özü açıqlama verib.

S. Qasımlı qadağanı A.Qasımlının işində zərərçəkmiş şəxs kimi tanınan Qurbanəli Yusifovun ona qarşı Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsi ilə iddia qaldırması ilə əlaqələndirib: “Aprelin 24-də iddia üzrə məhkəmə baxışının ilk iclası olacaq”.

S.Qasımlı deyib ki, məsələnin siyasi sifariş olduğunu bilsə də, bir neçə gün şərh etməyib, sadəcə informasiya verməklə kifayətlənib: “Səbəb o idi ki, bu gün, aprelin 20-də mənim Avropaya səfərim nəzərdə tutulmuşdu”.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
64
icma.az

1Источники