RU

İran gəmisinin ələ keçirilməsi nefti bahalaşdırdı

ABŞ-ın İrana məxsus yük gəmisini ələ keçirməsindən sonra Asiyada bazar ertəsi səhər ticarətində qlobal neft qiymətləri yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Bildirilib ki, “Brent” markalı xam neftin fyuçersləri 4,74 faiz artaraq bir barel üçün 94,66 dollara, “West Texas Intermediate” markalı xam neftin qiyməti isə 5,6 faiz artaraq 88,55 dollara çatıb.

Qeyd edək ki, “Brent” markalı neft, ABŞ-İran münaqişəsindən əvvəl barel üçün 70 dollardan aşağı qiymətə satılırdı. Martın 9-da isə bu rəqəm təxminən 120 dollara qədər çatıb.

Избранный
14
publika.az

1Источники