RU

Beş güləşçimiz mübarizəyə başlayır - AÇ

Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə Avropa çempionatına start verilib.

"Football-plus.az" xəbər verir ki, yarışın ilk günündə beş yunan-Roma güləşçimiz xalça üzərinə çıxacaq.

Rəşad Məmmədov (55 kq), Ziya Babaşov (63 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) mübarizəyə başlayacaq.

Təsnifat görüşləri Bakı vaxtı ilə saat 12.30-da start götürəcək.

Avropa çempionatı aprelin 26-da başa çatacaq.

Избранный
6
1
football-plus.az

10Источники