RU

ABŞ-da ordu veteranı yeddi uşağını və digər bir uşağı güllələyərək öldürüb

Bazar günü səhər tezdən Luiziananın şimal-qərbindəki Şrivport şəhərində naməlum silahlı şəxs atəş açaraq bir yaşdan 14 yaşa qədər səkkiz uşağı öldürüb.

Reuters agentliyinin məlumatına görə, polis daha sonra səkkiz qurbandan yeddisinin atıcının öz uşaqları, digər bir uşağın isə başqa bir ailədən olduğunu bildirib.

Şübhəlinin ordu veteranı Şamar Elkins olduğu müəyyən edilib. Qurbanlardan biri öldürülən yeddi uşağın anasıdır. O, hazırda ağır vəziyyətdədir. Başqa bir qadın da ağır yaralanıb.

Polisin məlumatına görə, atışma səhər tezdən, saat 6:00 radələrində baş verib. Kişi əvvəlcə bir qadını yaralayıb, sonra qonşu evə gedib. Orada uşaqları öldürüb, digər bir qadını isə yaralayıb. Hücum zamanı bir uşaq damın üstünə dırmaşaraq qaçmağı bacarıb. Başqa bir azyaşlı həmin yolla qaçmağa cəhd edib, lakin öldürülüb. Atışmadan sonra təcavüzkar bir avtomobili oğurlayıb qaçmağa cəhd edib. Təqib qonşu bir kilsəyə doğru davam edib və polis atəş açaraq onu güllələyib.

Yaralılardan birinin qohumu Kristal Braun bildirib ki, Elkins və həyat yoldaşı boşanma prosesindədirlər və bazar ertəsi günü məhkəməyə gəlməli idilər. Faciədən bir müddət əvvəl onların qarşıdan gələn ayrılıqları ilə bağlı mübahisəsi olub. Elkinsin həyat yoldaşından dörd, yaxınlıqda yaşayan başqa bir qadından isə üç uşağı olub. Associated Press-in məlumatına görə, faciə baş verən zaman bütün uşaqlar eyni evdə birlikdə olublar.

"O, uşaqlarını öldürüb. O, həyat yoldaşını vurub", Kristal Braun deyib.

Faciədən sonra Luiziana ştatının senatoru Sem Cenkins bildirib ki, bu cür hallar məişət zorakılığı probleminin nə qədər kəskin olduğunu göstərir.

"Bu, bəlkə də şəhər tarixindəki ən pis faciədir", Şreveport meri Tom Arseno bildirib.

Əziz MUSTAFA

Избранный
24
1
oxumeni.az

2Источники