RU

Ceyhun Bayramov Upali Pannilage ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Şri-Lanka Demokratik Sosialist Respublikasının Kənd İnkişafı, Sosial Təminat və İcmaların Səlahiyyətləndirilməsi naziri Upali Pannilage ilə görüşüb.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.

Qeyd edilib ki, nazirlər qarşılıqlı hörmət və ortaq dəyərlərə əsaslanan münasibətlərin inkişafını yüksək qiymətləndirib, müxtəlif sahələr üzrə əməkdaşlığın daha da genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Şri Lanka tərəfi son təbii fəlakətlər zamanı Azərbaycan tərəfindən göstərilən humanitar yardıma görə minnətdarlığını ifadə edib.

Görüşdə iqtisadi əlaqələrin gücləndirilməsi və ticarət dövriyyəsinin artırılması məsələlərinə xüsusi diqqət yetirilib. Turizmin daha geniş əməkdaşlıq üçün mühüm amil olduğu vurğulanıb.

Избранный
16
9
publika.az

10Источники