Böyrəkləri sağlam saxlamaq üçün insan ilk növbədə düzgün və sağlam qidalanmalıdır. Acı, duzlu, qızarmış, çox yağlı, hisə verilmiş qidalar böyrəklər üçün ziyanlıdır. Böyrəklərimiz meyvə-tərəvəz, süd məhsulları, yarmaları, təbii şirələri xoşlayır. Buna əks-göstərişlər yoxdursa, gün ərzində 2 l maye qəbul edin. Bu təmiz su, kompot, şirə, çay və s. ola bilər. Susuzlaşmaya yol verməyin. Susuzlaşma insanın orqanizminin bir çox funksiyalarını (o cümlədən, böyrəklərin funksiyasını) kəskin şəkildə pozur.Saglamolun.Az