RU

Yanvar-mart aylarında Portuqaliyaya ixrac olunmuş neftin həcmi açıqlandı

Bakı.Trend:

Yanvar-mart aylarında Azərbaycandan Portuqaliyaya 112,4 milyonABŞ dolları dəyərində 223,5 min ton bitumlu süxurlardan əldə olunanneft və neft məhsulları ixrac edilib.

Trend DövlətGömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ciilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 77,5 milyon ABŞdolları və ya 40,8%, həcm baxımında isə 130,5 min ton və ya 36,9%azdır.

Ötən ilin yanvar-mart aylarında Azərbaycandan Portuqaliyaya189,9 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunan354 min ton neft və neft məhsulları ixrac olunub.

Hesabat dövründə Portuqaliya Azərbaycan nefti və neftməhsullarını idxal edən ölkələr arasında 4-cü yeri tutub.

Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digərölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixracedilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% ,fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

Məqalədə:
Избранный
21
12
az.trend.az

10Источники