RU

Payızda referendum keçiriləcək? - AÇIQLAMA

Son günlər Baş nazir Əli Əsədovun biznesi və "tikinti səltənəti" barədə yayılan xəbərlərdən sonra Azərbaycanda referendum keçiriləcəyi ilə bağlı məsələ yenidən gündəmə gətirilib. Müzakirələr zamanı 2026-cı ilin payızında referendum olacağı, Nazirlər Kabineti strukturunun ləğv ediləcəyi barədə iddialar səsləndirilib.

 

Bu barədə Pravda.az-a açıqlama verən Milli Məclisin komitə sədri Fazil Mustafa isə deyib ki, referendumla bağlı rəsmi məlumat yoxdur.

 

 

"Yüzlərlə xəbərlər yer alır. Bu o demək deyil ki, dərhal hansısa nəticə çıxarmaq lazımdır. Belə bir məlumat yoxdur. Rəsmi şəkildə də açıqlama olmayıb" - o bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 20 Aprel 2026, 14:04   
Избранный
74
2
pravda.az

3Источники