RU

Gübrə qiymətləri niyə artır? – SƏBƏBLƏR

Dünyada gübrə qiymətlərində artım qeydə alınır.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bu bahalaşma ABŞ-İran gərginliyi fonunda enerji bazarındakı dəyişikliklərlə əlaqələndirilir. Gübrə istehsalında əsas xammallardan biri olan təbii qazın qiymətinin yüksəlməsi istehsal xərclərini də artıraraq birbaşa bazara təsir göstərir.

İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, bu vəziyyət mövsümi meyvə-tərəvəzin də qiymətlərinə təsir edə bilər.

Bununla yanaşı, ekspert bahalaşmanın digər səbəbi kimi yaz aylarında ölkədə müşahidə olunan intensiv yağışları göstərir. Onun fikrincə, güclü yağıntılar torpaqda eroziyaya, bəzi əkin sahələrinin su altında qalmasına və nəticədə məhsul itkisinə səbəb olub.

Избранный
3
2
konkret.az

3Источники