RU

Dana Uayt Makqreqorun qayıdışına aydınlıq gətirdi

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

UFC Prezidenti Dana Uayt sabiq çempion Konor Makqreqorun mümkün qayıdışı ilə bağlı müsbət fikirlər səsləndirib.

İdman.Biz xəbər verir ki, iki çəki dərəcəsində keçmiş titul sahibi olan irlandiyalı döyüşçü beş illik fasilədən sonra yenidən oktaqona qayıda bilər. Hazırda tərəflər arasında danışıqlar davam edir və proses pozitiv qiymətləndirilir.

Gözlənilir ki, Makqreqorun döyüşü iyulun 11-də keçiriləcək “UFC 329” turniri çərçivəsində baş tuta bilər.

“Hazırda hər şey yaxşı görünür. İnanın, tezliklə hər şeyi öyrənəcəksiniz. Onunla razılığa gələn kimi rəsmi açıqlama verəcəyik”, - deyə Uayt Kanadada keçirilən turnirdən sonra bildirib.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
44
icma.az

1Источники