RU

Azərbaycanın Çinlə ticarət dövriyyəsi 7%-dən çox artıb

Bu ilin birinci rübündə Azərbaycanla Çin arasında 1 milyard 103 milyon 631 min ABŞ dolları dəyərində ticarət əməliyyatları icra olunub.

Aznews.az xəbər verir ki, Bu barədəDövlət Gömrük Komitəsindən (DGK) bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.

Dövr ərzində Çinlə ticarət dövriyyəsi ölkənin ümumi ticarət dövriyyəsinin 11,73%-ni təşkil edib.

Yanvar-mart aylarında Azərbaycandan Çinə 29 milyon 59 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Bu isə, illik 25,2% artım deməkdir. İlk üç ayda Çinə ixrac ölkənin ümumi ixracında 0,54% paya sahib olub.

Избранный
18
5
aznews.az

7Источники