RU

İran Prezidenti: Müharibə heç kimə fayda vermir

Məsud Pezeşkian: Gərginliyi azaltmaq üçün bütün ağlabatan və diplomatik vasitələrdən eyni vaxtda istifadə edilməlidir 

İran Prezidenti Məsud Pezeşkian bildirib ki, müharibə heç kimə fayda vermir. İran dövlət xəbər agentliyi İRNA-nın məlumatına görə, ölkə başçısı bu sözləri Ədliyyə Nazirliyinə səfəri və yoxlaması zamanı deyib.

"Müharibə heç kimə fayda vermir. Təhdidlərlə qarşılaşarkən, gərginliyi azaltmaq üçün bütün ağlabatan və diplomatik vasitələrdən eyni vaxtda istifadə edilməlidir", - deyə o bildirib.

Regional və beynəlxalq proseslərə yanaşmadan danışan İran Prezidenti rasional siyasətin vacibliyini vurğulayaraq, "düşmənə (ABŞ və İsrailə) inamsızlıq və münasibətlərdə ehtiyatlılığın qaçılmaz bir zərurət olduğunu" vurğulayıb.

Pezeşkian həmçinin İslam dünyasında yaxınlaşmanın vacibliyini vurğulayıb. "İslam ölkələri arasında birliyin gücləndirilməsi sui-qəsdlərə qarşı durmağın və xarici qüvvələrin sui-istifadəsinin qarşısını almağın ən vacib yoludur. Həmrəylik, səmimiyyət və ortaq öhdəlik sayəsində bu böhranı dəf edə və ölkənin ləyaqət və inkişaf yolunu qoruya bilərik", - deyə o bildirib.

Daha əvvəl Elm, Tədqiqat və Texnologiya Nazirliyinə səfəri zamanı Pezeşkian qeyd etmişdi ki, "İran İslam Respublikası müharibəni genişləndirməyə çalışmır. Münaqişənin davam etdirilməsi heç bir tərəfin maraqlarına uyğun deyil. Problemlərin həlli eskalasiyada deyil, rasionallıqda, dialoqda və yeni  dağıntıların qarşısını almaqdadır".

Rizvan HİLALOĞLU, 

 “Azərbaycan”

Избранный
26
azerbaijan-news.az

1Источники