RU

Azərbaycandan Tunisə ixrac olunan neftin həcmi artıb

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Tunisə 94,5 milyonABŞ dollar dəyərində bitumlu süxurlardan əldə olunmuş 183,7 min tonxam neft və neft məhsulları ixrac olunub.

Trend xəbər verirki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu göstərici2025-ci ilin müvafiq dövrünün nəticələri ilə müqayisədə dəyərifadəsində 57,1 milyon ABŞ dolları və ya 2,5 dəfə çoxdur, həcmbaxımından isə 119,5 min ton və ya az qala 3 dəfə artıqdır.

Xatırladaq ki, ötən ilin yanvar-mart aylarında AzərbaycandanTunisə 37,4 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldəolunmuş 64,2 min ton xam neft və neft məhsulları ixracolunmuşdu.

Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digərölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixracedilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% ,fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

Məqalədə:
Избранный
30
3
az.trend.az

10Источники