Bernardo Silvanın gələcəyi ilə bağlı şayiələrə son qoyulub. Onun mövsümün sonunda “Mançester Siti”dən ayrılacağı rəsmən açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə İngiltərə klubunun saytı məlumat yayıb. Eyni zamanda 31 yaşlı yarımmüdafiəçi də açıqlama verərək tezliklə komandanı tərk edəcəyini təsdiqləyib. MS ilə uzun illər ərzində gözəl anlar yaşadığını bildirən Bernardo azarkeşlərə təşəkkür edib. Klub da öz növbəsində portuqaliyalı futbolçuya uğurlar arzulayıb.
Bernardo “Siti”də 2017-ci ildən oynayır. O, komanda ilə 451 matça çıxıb, 76 qolun və 77 məhsuldar ötürmənin müəllifi olub. Bir sıra ölkələrdən olan klubların maraq dairəsinə düşən təcrübəli futbolçu 6 dəfə premyer-liqa, 5 dəfə İngiltərə Liqa Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə Çempionlar Liqası, Avropa Superkuboku, Klublararası Dünya Çempionatı da daxil olmaqla, ümumilikdə 19 turnirin qalibi olub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта