RU

Piterdən havaya qalxan təyyarə Buxarestdə məcburi eniş etdi

ain.az bildirir, Axar.az saytına əsaslanaraq.

“Peqasus” aviaşirkətinə məxsus Sankt-Peterburq–İstanbul marşrutu üzrə uçan təyyarə sərnişinlərdən birinin vəziyyətinin qəfil pisləşməsi səbəbindən Buxarestdə məcburi eniş edib.

Axar.az xəbər verir ki, “Airbus A321” təyyarəsi “Pulkovo Airport” hava limanından havaya qalxdıqdan təxminən 2,5 saat sonra qəza siqnalı verib. Təyyarə eniş etdikdən sonra göyərtəyə həkimlər qalxıb, sərnişinin hospitalizasiyası məsələsinə baxıblar.

Qeyd edək ki, 2022-ci ildən Avropa Birliyinin tətbiq etdiyi məhdudiyyətlər səbəbindən Rusiya ilə Rumıniya arasında birbaşa hava əlaqəsi mövcud deyil, lakin fövqəladə hallarda təyyarələrin ölkə ərazisinə enişinə icazə verilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
32
8
axar.az

9Источники