RU

Azərbaycanda III ixtisas qrupu ləğv olunur?

Bu il qəbul imtahanlarının ikinci mərhələsinin 1-ci cəhdi üçün ixtisas qrupları üzrə statistikaya nəzər salanda görünür ki, 3-cü ixtisas qrupu üzrə iştirakçı sayı ötən ilə nisbətən xeyli azdır. Təhsil ictimaiyyəti isə bu ixtisas qrupunun getdikcə aktuallığını itirdiyi və plan yerlərinin boş qalacağını müzakirə edir.

Mövzu ilə bağlı təhsil eksperti Elmin Nuri Trend-ə açıqlamasında bildirib ki, süni intellekt dövründə İT texnologiyalarının sürətlə inkişaf etdiyi bir mərhələdə bəzi ixtisasların mövcudluğunu qoruyub saxlaması üçün mütləq şəkildə transformasiya və ya reformasiya keçməsi zəruridir.

Onun sözlərinə görə, bir sıra ixtisaslar gələcəkdə ya aktuallığını zəiflədəcək, ya da tamamilə sıradan çıxacaq:

"Bəzi ixtisaslar isə hətta bu cür dəyişikliklər hesabına belə öz mövcudluğunu qorumaqda çətinlik çəkir. Üçüncü ixtisas qrupu bir neçə profilli istiqamətləri özündə birləşdirir. Kəmiyyət baxımından ən geniş yer tutan profil pedaqoji ixtisaslardır. Bu qrupa Azərbaycan dili və ədəbiyyatı, tarix, ingilis dili, ibtidai sinif müəllimliyi, məktəbəqədər təhsil və digər ixtisaslar daxildir. Digər istiqamət elmi-humanitar profildir ki, buraya filologiya, pedaqogika və s. aiddir. Növbəti profil hüquqşünaslıq və dövlət idarəetməsi sahələrini əhatə edir. TC alt qrupunda regionşünaslıq praktikliyi ilə seçilir. Bundan əlavə, sosial iş və tərcümə sahələri də bu qrupa daxildir.

Zaman göstərir ki, bu ixtisasların bir çoxu, xüsusilə yaradıcı və kulturoloji istiqamətli profillər, getdikcə aktuallığını və faydalılığını itirir. Məsələn, mədəniyyətşünaslıq, kitabxanaçılıq, muzey işi, arxiv işi, teatrşünaslıq kimi ixtisaslar daha çox nəzəri və konseptual xarakter daşıdığından onların gələcəyi müəyyən mənada sual altındadır.

Bu ixtisaslar ya praktik yönümlülüyünü artırmalı, əmək bazarındakı tələbatı gücləndirməli, ya da mövcud vəziyyətlə üzləşməlidir. Məhz bu amillər nəzərə alınaraq üçüncü ixtisas qrupu üzrə plan yerlərinin tədricən azaldığı müşahidə olunur. Maraqlı məqam ondan ibarətdir ki, bu azalma daha çox pedaqoji profilli ixtisasları əhatə edir".

Ekspert məsələnin səbəblərinə də aydınlıq gətirib. O qeyd edib ki, bunun əsas səbəbi uzun illər ərzində universitetlərdə həddindən artıq pedaqoji kadr hazırlanması və nəticədə əmək bazarında balansın pozulmasıdır:

Избранный
21
17
aznews.az

10Источники