RU

Bağ evlərində gizlənən ölümcül təhlükə: Su çəlləklərinə diqqət

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Bağ evlərindəki su çənləri və çəlləklər sadəcə təsərrüfat ehtiyacı deyil, həm də ölümcül təhlükə mənbəyi ola bilər. Durğun su qabları bəzi təhlükəli xəstəlikləri yayan həşəratların sürətlə artması üçün ideal məkandır.Demokrat.az xəbər verir ki, bunu Rusiya Dövlət Maarif Universitetinin Ümumi biologiya və bioekologiya kafedrasının müdiri, professor Mixail Qordeyev deyib.Ekspertin sözlərinə görə, su çəlləklərində bütün növ ağcaqanadlar çoxala bilsə də, bura daha çox "şəhər ağcaqanadları" üçün əlverişlidir. Bu həşəratlar vasitəsilə insana parazit qurdlar keçə bilər. Həmin parazitlər əsasən göz ətrafında və dəri altında məskunlaşaraq qaşıntı, şişkinlik və hərəkət hissi yaradır. Belə hallar yalnız cərrahi müdaxilə ilə aradan qaldırılır.Bundan başqa, ağcaqanadlar Qərbi Nil qızdırması kimi ciddi virusların da daşıyıcısıdır. Bu xəstəlik yüksək hərarət, şiddətli baş ağrısı və mərkəzi sinir sisteminin zədələnməsi ilə müşayiət olunur. Mixail Qordeyev bildirib ki, köçəri quşların yaydığı bu xəstəlik ocaqları müəyyən bölgələrdə hələ də aktivdir.“Ağcaqanadların bağ evlərində çoxalmasının qarşısını almaq üçün su qablarını xüsusi bakterial preparatlarla emal etmək olar. Bu vasitələr insanlar, heyvanlar və bitkilər üçün zərərsizdir. Lakin həşəratların bağırsağında parçalanaraq onları məhv edir. Bu proses hər on gündən bir təkrarlanmalıdır. Daha sadə və etibarlı yol isə su çəlləklərinin ağzını qapaq və ya plyonka ilə sıx bağlamaqdır.”Yəni, bağda açıq qalan su qabları həm parazit qurdların, həm də ağır virusların yayıcısı olan ağcaqanadlar üçün yuva rolunu oynayır. Təhlükədən qorunmaq üçün suyun ağzını bağlı saxlamaq ən effektiv üsuldur.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
68
50
demokrat.az

10Источники