
İranın xarici işlər naziri Abbas Əraqçi telefon danışığı zamanı rusiyalı həmkarı Sergey Lavrovu ABŞ-nin atəşkəsi pozması barədə məlumatlandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Söhbət zamanı İranın xarici işlər naziri rusiyalı həmkarını regiondakı hadisələr və ABŞ-nin davam edən atəşkəsi pozması barədə məlumatlandırıb. ABŞ-nin qanunsuz davranışı və liderlərinin ziddiyyətli mövqeləri diplomatiyanın tələblərinə uyğun deyil və İran qarşı tərəfin davranışını müşahidə edərək öz maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün müvafiq qərar qəbul edəcək”, - bəyanatda bildirilir.