RU

Bakıda sinif yoldaşının yandırdığı şagirdin SON DURUMU AÇIQLANIB

Bakıda məktəbdə baş verən dəhşətli hadisə zamanı yanıq xəsarətləri alan şagirdin son vəziyyəti açıqlanıb.

TƏBİB-dən “Yeni Sabah” ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 20-də paytaxtdakı 286 nömrəli tam orta məktəbdə baş verən hadisə zamanı xəsarət alan 2011-ci il təvəllüdlü yeniyetmənin müalicəsi hazırda davam etdirilir.

Məlumata görə, yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə yerləşdirilən yeniyetmə Reanimasiya şöbəsində saxlanılır.

Həkimlərin bildirdiyinə görə, onun vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, hadisə aprelin 20-də məktəbdə qeydə alınıb. İddialara görə, şagird sinif yoldaşı tərəfindən yandırılıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Избранный
16
1
yenisabah.az

2Источники