RU

Səhiyyə Nazirliyindən peyvəndlərlə bağlı valideynlərə müraciət

Bakı. Trend:

Uşağı vaksinasiya etdirmək üçün heç vaxt gec deyil. Buraxılmışmüddətdən asılı olmayaraq immun müdafiəni bərpa etməkmümkündür.

Trend xəbərverir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər”efirində Səhiyyə Nazirliyi Respublika Gigiyena və EpidemiologiyaMərkəzinin İmmunoprofilaktika bölməsinin həkim epidemioloqu ƏlcəfərCəfərov açıqlayıb.

Onun sözlərinə görə, peyvənd qrafikində yaranan boşluğudoldurmaq üçün ilk növbədə sahə pediatrı ilə məsləhətləşərək uşağınyaşına uyğun fərdi bərpa planı tərtib edilməlidir:

“Bu prosesdə əvvəlki dozaları yenidən başlamağa ehtiyac qalmır,sadəcə qalan peyvəndlər müəyyən intervallarla ardıcıl şəkildətamamlanır. Bəzi hallarda uşağın qısa müddətdə lazımi müdafiəsəviyyəsinə çatması üçün dozalararası müddət həkim nəzarəti iləoptimallaşdırıla bilər. Hər bir peyvənddən öncə övladınız həkimtərəfindən fərdi qaydada müayinə olunur və yalnız onun tamsağlamlığına əmin olduqdan sonra peyvənd qərarı verilir”.

Epidemioloq qeyd edib ki, əsassız qorxulara deyil, mütəxəssisrəyinə güvənərək övladınızı vaxtında qorumağa tələsin: “Unutmayınki, vaksinasiya kursunu tamamlamaq uşağı yoluxucu xəstəliklərəyoluxmaqdan, onların ağır fəsadlarından, əlillikdən və ölümdənqorumağın ən etibarlı yoludur. Peyvəndlənməmiş hər bir uşaq daimrisk altındadır. Övladlarımızın gələcəyini sağlam görməkistəyiriksə, onları vaxtında peyvənd etdirək”.

Избранный
65
7
az.trend.az

8Источники