RU

İranın uran zənginləşdirmə obyektləri tamamilə məhv edilib - Tramp

Bakı. Trend:

İyundakı zərbələr zamanı İranda uranın zənginləşdirildiyi vəsaxlanıldığı obyektlər tamamilə məhv edilib və nüvə materialınınqazıb çıxarılması çətin olacaq.

Trend xəbər verirki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosialşəbəkə səhifəsində yazıb.

"Midnight Hammer" əməliyyatı İrandakı nüvə obyektlərinin tam vəqəti şəkildə məhv edilməsi ilə nəticələndi. Buna görə də həminmaterialın çıxarılması uzun və çətin proses olacaq".

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər.

11 apreldə ABŞ və İran arasında İslamabadda keçiriləndanışıqlarda razılaşma əldə olunmayıb.

Məqalədə:
Избранный
3
17
az.trend.az

10Источники