RU

“Apple” şirkətində rəhbəri postunda Tim Kuku Con Ternus əvəz edəcək

“Apple” şirkəti Con Ternusun 1 sentyabr 2026-cı il tarixindən etibarən yeni baş direktoru olacağını açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Ternus hazırda Apple şirkətinin baş vitse-prezidenti vəzifəsində çalışır.

Son 15 ildir şirkətə rəhbərlik edən Tim Kuk bundan sonra icraçı direktor vəzifəsini icra edəcək.

"Kuk yay boyunca baş direktor vəzifəsini icra etməyə davam edəcək və rahat keçidi təmin etmək üçün Ternus ilə sıx əməkdaşlıq edəcək. İcraçı sədr kimi o, şirkətin əməliyyatlarının bir neçə aspektində, o cümlədən dünyanın hər yerində siyasətçilərlə əlaqə qurmaqda kömək edəcək", - deyə Apple şirkətinin açıqlamasında bildirilib.

Kuk “Apple” şirkətinin baş direktoru vəzifəsini "həyatımın ən böyük imtiyazı" adlandırıb.

"Mən “Apple” şirkətini bütün qəlbimlə sevirəm və müştərilərimizin həyatını yaxşılaşdırmağa və dünyanın ən yaxşı məhsul və xidmətlərini yaratmağa sadiq olan belə bir ixtiraçı, innovativ, yaradıcı və həqiqətən qayğıkeş insanlardan ibarət bir komanda ilə işləmək imkanına görə son dərəcə minnətdaram", - deyə o bildirib.

O, Ternusu "Apple" şirkətini gələcəyə aparacaq mükəmməl insan" adlandırıb.

"Karyeramın demək olar ki, hamısını Apple-da keçirdiyim üçün Stiv Cobsun rəhbərliyi altında işləmək və Tim Kukun mentorluğuna sahib olmaq şansım oldu. Dünya ilə və bir-birimizlə qarşılıqlı əlaqə tərzimizi dərindən dəyişdirən məhsulların və istifadəçi təcrübələrinin formalaşmasına kömək etmək mənim üçün bir şərəf idi. Növbəti illərdə nələrə nail ola biləcəyimizə nikbin baxıram", - deyə Ternus bildirib.

Tim Kuk 1998-ci ildən bəri Apple şirkətində çalışır. O, 2011-ci ilin avqustunda Stiv Cobsun yerinə şirkətin baş direktoru olub. Kukun rəhbərliyi altında “Apple”-ın bazar kapitallaşması təxminən 350 milyard dollardan 4 trilyon+ dollara çatıb.

Musavat.com

Избранный
26
musavat.com

1Источники