RU

Kürdəmirdə küçələri su basdı – FOTO/VİDEO

Axşamdan yağmağa başlayan güclü leysan yağışları Kürdəmirdə bir sıra fəsadlar yaradıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, yağış suları rayonun bəzi küçələrini suya qərq edib.

İstər piyadaların, istərsə də sürücülərin gediş-gəlişi çətinləşib. Rayonun Şəhriyar, Alı Mustafayev və Fuad Şirəliyev küçələrində subasma səbəbindən piyadalar üçün yol bağlanıb.

Hazırda suyun küçələrdən çəkilməsi və yaranmış çətinliyin aradan qaldırılması istiqamətində aidiyyatı qurumun əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilir.











Bizim.Media, Aran bürosu

Избранный
9
1
bizim.media

2Источники