RU

Birinci rübdə Azərbaycanın pambıq iplik ixracı 2 dəfədən çox artıb

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

2026-cı ilin yanvar-mart aylarında ölkədən 4 691,32 ton pambıq iplik ixrac edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən pambıq ipliyin dəyəri 2 dəfə artaraq 10 milyon 269,08 min dollar olub.

Xatırladaq ki, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 5 milyon 24,4 min dollar dəyərində yəni, 2 009,91 ton pambıq iplik ixrac edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
74
16
azertag.az

10Источники