RU

İran İslamabaddakı ABŞ danışıqlarına nümayəndə göndərmədi Mövqe dəyişməyib

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

İranın ABŞ ilə mümkün danışıqlara münasibəti ilə bağlı yeni məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, ISNA agentliyinin məlumatına görə, Tehran İslamabadda keçirilməsi planlaşdırılan ABŞ–İran danışıqlarının ikinci raundu ilə bağlı mövqeyini dəyişməyib və heç bir nümayəndə heyəti göndərməyib.

Bildirilib ki, İran tərəfi ABŞ-nin diplomatiya ilə bağlı bəyanatlarına ehtiyatla yanaşır və onları ciddi qəbul etmir. Səbəb kimi isə Vaşinqtonun “təhdid ritorikasını gücləndirməsi” və “dəniz blokadası ilə atəşkəsi pozmağa davam etməsi” göstərilir.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
1
redaktor.az

2Источники