RU

Qaz puluna qənaət üçün kombini belə işlədin

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Evinizdə istiliyi qorumaq üçün etdiyiniz o kiçik hərəkət, əslində cibinizə böyük zərbə vururmuş. Bir çoxları qənaət etdiyini düşünsə də, reallıq tam fərqlidir.Demokrat.az xəbər verir ki, istilik sistemi üzrə ustalar kombinin ardıcıl olaraq söndürülüb-yandırılmasının daha çox qaz sərfiyyatına yol açdığını bildirirlər. Ən səmərəli yol cihazın ev şəraitinə uyğun şəkildə, davamlı olaraq aşağı və ya orta dərəcədə işləməsidir.Onların izahına görə, kombi hər dəfə yenidən fəaliyyətə başlayanda bütün sistemdəki soyuq suyu qızdırmalı olur. Bu ilkin mərhələ həddindən artıq enerji tələb etdiyi üçün yanacaq sərfiyyatı kəskin artır. Ev tam soyuduqda isə cihaz növbəti dəfə temperaturu bərpa etmək üçün uzun müddət yüksək güclə çalışmalı olur. Tez-tez açılıb-söndürülmə həmçinin qurğunun müxtəlif hissələrinin tez sıradan çıxmasına şərait yaradır.Sabit rejimdə fasiləsiz işləmə üsulu daha qənaətcil hesab edilir. Belə olan halda ev soyumağa macal tapmır və cihaz yalnız mövcud temperaturu qorumaq üçün minimal güclə işləyir. Bu rejim həm evin istiliyini sabit saxlayır, həm də əlavə xərclərin qarşısını alır.Yəni, kombini tez-tez söndürmək əvəzinə, onu aşağı temperaturda davamlı saxlasanız, həm eviniz daha isti olar, həm də qaz puluna qənaət etmiş olarsınız.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
10
demokrat.az

1Источники