RU

RƏSMİ: Bakıda UFC həyəcanı yenidən başlayır

Dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC rəsmi olaraq Azərbaycana qayıtdığını elan edib.

Fanat.Az xəbər verir ki, UFC və Bakı Şəhər Halqası arasında əldə olunan çoxillik tərəfdaşlıq müqaviləsinə əsasən, oktaqon 27 iyun tarixində yenidən paytaxt Bakıda qurulacaq.

Təşkilatın Avropa bölməsinin ("ufceurope") sosial media hesablarından paylaşılan rəsmi məlumatda qeyd olunur ki, bu əməkdaşlıq regionda idman turizminin inkişafına böyük töhfə verəcək.

Dana Uaytın rəhbərlik etdiyi qurumun bu qərarı yerli döyüş azarkeşləri tərəfindən böyük sevinclə qarşılanıb.

Hazırda turnirin keçiriləcəyi arena və döyüş kartında yer alacaq idmançıların adları ilə bağlı təşkilati işlər davam etdirilir.

Kamil Xudiyev

Избранный
30
fanat.az

1Источники