“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Araz” supermarketlər şəbəkəsinin nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Qeyd edək ki, 22 aprel – Yer Gününün keçirilməsində əsas məqsəd ekoloji problemlərə diqqətin artırılması, ətraf mühitin qorunmasına çağırış edilməsi və gələcək nəsillər üçün davamlı həyat tərzinin təşviq olunmasıdır.