RU

Elektron satınalmalar hesabına qənaət 2,2 dəfəyədək artıb

Bu ilin yanvar-fevral aylarında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə qənaət edilən məbləğ 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə təqribən 2,2 dəfə artaraq 99,5 milyon manat təşkil edib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatına görə, hesabat dövründə qənaət edilən məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi 19,6 faiz təşkil edib ki, bu da 2025-ci ilin ilk iki ayının göstəricisindən 8,2 faiz bəndi çoxdur. Bu, elektron satınalma sisteminin effektivliyini, dövlət vəsaitlərindən səmərəli istifadəni və ümumi maliyyə idarəçiliyinin yüksəlməsini nümayiş etdirir.

Избранный
3
1
vergiler.az

2Источники