RU

Tramp İranla atəşkəsi uzatmaq istəmədiyini bildirib

Vaşinqton, 21 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İranla atəşkəsi uzatmaq istəmədiyini bildirib.

AZƏRTAC-ın məlumatına görə, bu barədə o, CNBC-yə müsahibəsində deyib.

“Razılaşma əldə etmək üçün çox vaxtımız yoxdur. İran razılaşma əldə edərsə, yenidən güclü bir millətə çevrilə bilər. Onlar ağıldan və sağlam düşüncədən istifadə etməlidirlər”, - deyə Tramp bildirib. O deyib ki, ABŞ hazırda digər prezidentlərə nisbətən 47 il ərzində etməli olduqlarını etmək üçün çox güclü danışıqlar mövqeyindədir.

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Избранный
21
3
azertag.az

8Источники