ain.az, Demokrat.az saytına istinadən bildirir.
Abşeron rayonunda qadın qeyri-rəsmi münasibətdə olduğu kişiyə bıçaqla xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin noyabrın 6-da baş verib. 1986-cı il təvəllüdlü Əfsanə yaşadığı fərdi evdə qeyri-rəsmi yaşadığı əri Şirvanla (adlar şərtidir – red.) mübahisə edib. Bu zaman o, Şirvanı onun birinci ərindən olan qızının ünvanına söyüşlər söyməsinə etiraz etməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı stolun üstündən götürdüyü bıçaqla bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurub. İş üzrə ifadə verən Əfsanə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2003-cü ildə Əmrah ilə qeyri-rəsmi ailə həyatı qurub, birgə nigahdan 2005-ci il təvəllüdlü qızı Lalə, 2009-cü il təvəllüdlü oğlu Elman dünyaya gəlib:“2023-cü il də qızım Əminə anadan olub. 1985-ci il təvəllüdlü Şirvan mənim qeyri-rəsmi ərimdir. Mən onunla 2024-cü ilin fevral ayından birlikdə yaşamışam. Həmin il ərzində birlikdə Abşeron rayonunda kirayə yaşamışıq. 2024-cü ildə evdə olan zaman Şirvanla aramızda ailə-məişət zəminində mübahisə yarandı”. Təqsirləndirilən şəxs qeyd edib ki, Şirvan ona qızının tək yaşamasını və əxlaqsız olmasını bildirib: “Mən isə ona qızım barəsində xoşagəlməz ifadə işlətməməsini dedim. O, mənim də ünvanıma nalayiq ifadələr işlətdiyindən əsəbləşdim və masanın üzərində olan dəstəyi sınıq mətbəx bıçağını götürərək onun sağ ciyin nahiyəsinə vurdum. Sonra isə Şirvan üzərimə hücum edərək bıçağı almaq istədi. Bu zaman qorxaraq Şirvanın ayaq nahiyəsinədən bıçaqla vurdum. Bundan sonra Şirvandan qan axmasını gördüm və dayandım. Təcili Tibbi yardıma məlumat verdim, bundan sonra evdə təxminən 4-5 dəqiqə Şirvanla söz mübahisəsi edərək evi tərk etdim”.Abşeron Rayon Məhkəməsinin hökmü ilə "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.12, 1.16 və 5.1-ci bəndləri tətbiq edilməklə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.