RU

Milli Məclisin sədri İrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olanİrlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəriToni MakKormakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, söhbət zamanı özünün İrlandiyaya səfəri vəkeçirdiyi görüşləri, o cümlədən, ötən ilin iyul ayında İrlandiyaparlamentinin spikeri Verona Mörfi ilə görüşünü məmnunluqlaxatırlayan spiker Sahibə Qafarova bu cür təmaslar zamanıparlamentlərimiz arasında əlaqələrin inkişaf etdirilməsi ilə bağlırazılığa gəlindiyini söyləyib. O, bu səfərin də parlamentlərarasıəlaqələrin daha da inkişafına təkan verəcəyinə inamını ifadə edib.Tərəflər həmçinin beynəlxalq parlament təşkilatlarında birgəfəaliyyətin əhəmiyyətini qeyd ediblər.

Səfərə dəvətə və göstərilən yüksək səviyyəli qonaqpərvərliyəgörə təşəkkürünü bildirən Toni MakKormak spiker Verona Mörfininsalamlarını Milli Məclis sədrinə çatdırıb. Qeyd olunub ki,parlamentlərimiz arasında daha sıx əlaqələrin qurulması üçünimkanlar mövcuddur. O, bu cür səfər və təmasların da bu məqsədəxidmət etdiyini söyləyib.

Milli Məclisin sədri qonaqlara həmçinin, Azərbaycanın demokratikinkişafı və əldə olunan nailiyyətlər, o cümlədən, qanunvericiorqanın işi, parlamentin beynəlxalq fəaliyyəti haqqında məlumatverib. Vurğulanıb ki, Azərbaycanın müstəqil xarici siyasətiparlamentin də bu sahədə fəaliyyəti üçün əlverişli imkanlaryaradır. Ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyinibildirən spiker Sahibə Qafarova deyib ki, bu kimi beynəlxalqtədbirlərdə Azərbaycan özünün dünyaya baxışlarını da təqdimedir.

Söhbət zamanı Azərbaycan-Ermənistan normallaşma və sülh prosesihaqqında da fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraqdoğuran digər məsələlər də nəzərdən keçirilib.

Milli
Milli
Milli
Milli
Избранный
44
20
az.trend.az

10Источники