RU

Qazi Regional Təhsil İdarəsinin müdirindən nazirə şikayət edib

Müharibə veteranı Anar Mehdiyev Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayevə müraciət edərək Mərkəzi Aran Regional Təhsil İdarəsinin fəaliyyətindən narazılığını bildirib.

Qazi qeyd edir ki, o, bir neçə dəfə həmin regional təhsil idarəsinə elektron qaydada müraciət etsə də, bu günə qədər müraciətlərinə heç bir rəsmi cavab verilməyib. Onun sözlərinə görə, bu vəziyyət vətəndaş müraciətlərinə qanunvericilikdə nəzərdə tutulan qaydada baxılmaması ilə bağlı ciddi suallar yaradır.

Anar Mehdiyev iddia edir ki, “Vətəndaşların müraciətləri haqqında” Qanunun tələbləri pozulub, müraciətlər qanunla müəyyən edilmiş müddətdə araşdırılmayıb və cavablandırılmayıb. O həmçinin müharibə veteranı kimi hüquqlarının nəzərə alınmamasından narazılığını ifadə edib.
Müraciətdə vurğulanır ki, dövlət orqanlarının fəaliyyəti şəffaflıq və məsuliyyət prinsiplərinə uyğun olmalıdır, lakin hazırkı vəziyyət bunun əksini göstərir. Qazi bu halın Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi səviyyəsində yol verilmiş nöqsanlarla bağlı olduğunu iddia edir.

Eyni zamanda, müraciətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə veteranlarına göstərilən diqqət və qayğı ilə bağlı tapşırıq və sərəncamlarına baxmayaraq, yerli qurum səviyyəsində bu yanaşmanın pozulmasının qəbuledilməz olduğu qeyd edilir.
Anar Mehdiyev həmçinin bildirir ki, bu səbəbdən Həmid Qasımov tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı rəsmi şəkildə şikayət edir və məsələnin hüquqi müstəvidə araşdırılmasını tələb edir.

Qazi Elm və Təhsil nazirindən məsələnin şəxsi nəzarətə götürülməsini, qanun pozuntularının araşdırılmasını, məsul şəxslər barəsində tədbir görülməsini və müraciətlərinin cavabsız qalmasının səbəblərinin rəsmi şəkildə açıqlanmasını xahiş edir.

O, həmçinin bildirib ki, əgər müraciətinə qanunvericiliyə uyğun cavab verilməzsə, məsələni Prezident Administrasiyası və digər aidiyyəti dövlət qurumları qarşısında qaldıracaq, həmçinin hüquqi müstəvidə addımlar atacaq.

Избранный
51
editor.az

1Источники