RU

Azərbaycan güləşçisi Həsrət Cəfərov finala yüksəldi

style='margin-bottom:10px;'>

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəlib.

QOL.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz yarımfinal mərhələsində prinsipial rəqibi, gürcüstanlı Dieqo Çxikvadze ilə qarşılaşıb. Rəqibini 4:2 hesabı ilə məğlub edən Cəfərov adını həlledici final mərhələsinə yazdırıb.

Digər güləşçimiz Nihat Məmmədli (60 kq) sabah bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

Избранный
33
5
teleqraf.com

6Источники