RU

Azərbaycan güləşçiləri finala yüksəldilər

style='margin-bottom:10px;'>

Azərbaycanın yunan-Roma güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının finalına yüksəliblər.

QOL.az xəbər verir ki, 67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov yarımfinal mərhələsində prinsipial rəqibi, gürcüstanlı Dieqo Çxikvadze ilə qarşılaşıb. Rəqibini 4:2 hesabı ilə məğlub edən Cəfərov adını həlledici final mərhələsinə yazdırıb.

Digər güləşçimiz Qurban Qurbanov gürcüstanlı dünya və Avropa mükafatçısı Gela Bolkvadzeyə 2:1 hesabıyla qalib gələrək Avropa çempionatının finalına yüksəlib.

Nihat Məmmədli (60 kq) isə sabah bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Qeyd edək ki, Avropa çempionatına aprelin 26-da yekun vurulacaq.

Избранный
39
5
teleqraf.com

6Источники