RU

Xorvatiyaya ixrac olunan neftin həcmi məlum oldu

Bakı. Trend:

Cari ilin yanvar-mart aylarında Azərbaycandan Xorvatiyaya 40,8milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 86,2min ton neft və neft məhsulları ixrac olunub.

Trend bu barədəAzərbaycanın Dövlət Gömrük komitəsinə istinadla məlumat verir.

Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrününgöstəriciləri ilə müqayisədə dəyər ifadəsində 197,9 milyon dollarvə ya 5,5 dəfə, həcm baxımından isə 342,2 min ton və ya 5 dəfəazdır.

Ötən ilin yanvar-mart aylarında Azərbaycandan Xorvatiyaya 238,7milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 428,4min ton neft və neft məhsulları ixrac olunmuşdu.

Qeyd edək ki, yanvar–mart aylarında Azərbaycandan dünyanın digərölkələrinə 2,501 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardanəldə edilən 5,077 milyon ton xam neft və neft məhsulları ixracedilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 836 milyon ABŞ dolları və ya 25,1% ,fiziki həcm ifadəsində isə 934 min ton və ya 15,5% azdır.

Избранный
25
3
az.trend.az

10Источники