RU

Gəncə heyəti Çinin Çindao şəhərində

ain.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasının Çindao şəhərinə səfəri davam edir.

Səfər çərçivəsində nümayəndə heyəti aprelin 21-də şəhərin Fuşan parkında yerləşən beynəlxalq dostluq xiyabanında olub. Burada Gəncə şəhəri adından ağac əkilib.

Parkın inzibati heyəti ilə görüşdə Çindao şəhərində yaşıllaşdırma və meşə təsərrüfatı sahəsində görülən işlər və əldə olunan uğurlar barədə məlumat verilib. Bildirilib ki, bu xiyabanda əsasən qardaşlaşmış və əməkdaşlıq edən şəhərlərin adından rəmzi olaraq ağaclar əkilir. Bu təşəbbüs şəhərlərarası dostluq münasibətlərinin möhkəmləndirilməsi və ekoloji layihələrin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.

Niyazi Bayramov bildirib ki, Gəncə şəhəri geniş yaşıllıq zolaqlarına, müasir park və istirahət məkanlarına malikdir. Gəncədə aparılan yaşıllaşdırma və abadlıq işləri şəhərin ümumi simasını daha da gözəlləşdirir və turizm potensialının artırılmasına ciddi töhfə verir.

Nümayəndə heyəti Çindaoda fəaliyyət göstərən bərk məişət tullantılarının emalı müəssisəsinə də baş çəkib. Burada müasir texnologiyalar əsasında qurulan müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, 2023-cü ildə Gəncə ilə Çindao şəhərləri arasında dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb. Bu səfər qardaşlaşmış şəhərlər münasibətlərinin qurulmasından sonra həyata keçirilən ilk rəsmi səfərdir.

XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
14
2
xalqqazeti.az

5Источники