ain.az, Xalqcebhesi saytına istinadən bildirir.
Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas bəyan edib ki, Avropa İttifaqının 26 ölkəsi Gürcüstana qarşı sanksiyaların tətbiqini dəstəkləməyə hazırdır, lakin birliyin bir ölkəsi buna mane olur.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, Lüksemburqda Aİ XİN başçılarının görüşünün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
"Əgər siz ümumi əhval-ruhiyyə haqqında soruşursunuzsa, mən müsbət cavab verə bilərəm. Məsələn, müxalifətə və ya azad mediaya qarşı hərəkətlər edənlərə qarşı sanksiyaları irəli sürəndə bizi 26 ölkə dəstəklədi, yalnız bir ölkə buna qarşı çıxdı", — deyib.
Məryəm Quliyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.