RU

FED sədrliyinə namizədi Senatda “divara dirədilər”: Tramp sənə təlimat veribmi?

ABŞ Federal Ehtiyat Sisteminin sədri vəzifəsinə namizəd Kevin Uorş bildirib ki, ABŞ prezidenti Donald Tramp ona əsas faiz dərəcəsinin tənzimlənməsi ilə bağlı heç bir təlimat verməyib.

Musavat.com xəbər verir ki, o, bu barədə Senatın Bank Komitəsində namizədliyini nəzərdən keçirmək üçün keçirilən dinləmə zamanı danışıb:

"Prezident heç vaxt müzakirələrimiz zamanı məndən əvvəlcədən faiz dərəcəsini müəyyənləşdirməyi, öhdəlik götürməyi, tənzimləməyi və ya hər hansı bir qərar verməyi istəməyib və mən heç vaxt buna razı olmazdım".

Dinləmə zamanı o, dəfələrlə prezidentin əsas faiz dərəcəsinin endirilməsi ilə bağlı ona hər hansı bir şəkildə təlimat verib-vermədiyi sualına cavab verməli olub.

Uorş ABŞ-da inflyasiyanın artmasını "2021-2022-ci illərdə buraxılan siyasət səhvlərinin nəticəsi" adlandırıb: "Mənim fikrimcə, vəziyyəti düzəltmək üçün iqtisadi siyasətdə fundamental islahatlara ehtiyacımız var".

Qeyd edək ki, Donald Tramp Federal Ehtiyat Sisteminin hazırkı sədri Cerom Paueli dəfələrlə sərt tənqid edib. Onun fikrincə, FED əsas faiz dərəcəsini ardıcıl olaraq aşağı salmalıdır. Tramp iddia edib ki, FED ABŞ hökumətinin borclanma xərclərini yüksək səviyyədə saxlamaq üçün bunu qəsdən etməyib. O, Pauelli istefaya səsləyib. Pauell isə dəfələrlə istefa vermək niyyətində olmadığını bildirib. Onun səlahiyyət müddəti 2026-cı ilin may ayında bitir. Senat tərəfindən təsdiqlənərsə, Uorş Pauellin yerinə keçəcək.

Musavat.com

Избранный
74
musavat.com

1Источники