BAKI, 22 aprel. TELEQRAF
Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Xankəndi şəhər Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, bu vəzifəyə kapitan Rəşad Abbasov təyin edilib.
Bunadək o, Ağdam rayon Yanğından Mühafizə Hissəsinin rəis müavini vəzifəsində çalışıb.