RU

MDB-nin “kassir”i - təşkilata üzv dövlətlərdən pulunu o yığır

Təşkilatın vahid büdcəsinin valyutası rus rubludur...

Xəbər verdiyimiz kimi, Moldova 2027-ci ilin aprelində Müstəqil Dövlətlər Birliyinin (MDB) üzlüyündən çıxması barədə prosedurları tamamlayacaq. Bəllidir ki, Moldova artıq uzun müddətdir ki, faktiki olaraq MDB-nin fəaliyyətində iştirak etmir. TASS agentliyinin məlumatına görə isə Moldovanın MDB qarşısında təxminən 341 min dollar maliyyə borcu var və onu ödəməsi şərtdir.

Musavat.com-un araşdırmasına görə, üzvlük və xərcləmələr “MDB çərçivəsində əməkdaşlığın maliyyə aspektləri haqqında” sənədlə tənzimlənir.

MDB orqanlarının vahid büdcəsinin formalaşdırılması və icrası, üzv dövlətlərin büdcələrindən maliyyələşdirilən dövlətlərarası (hökumətlərarası) orqanlarının maliyyə planlaşdırması, maliyyələşdirilməsi, uçotu və hesabatı, eləcə də onun icrasına nəzarət qaydası “Vahid büdcə haqqında əsasnamə” ilə müəyyən edilir. MDB Hökumət Başçıları Şurası son olaraq 2023-cü ilin oktyabrında əsasnaməyə dəyişikliyi qəbul edib.

MDB orqanlarının vahid büdcəsi, bu orqanların fəaliyyətinin dəstəklənməsi üçün xərclər smetası üzv dövlətlərin təşkilatın orqanlarında iştirakı prinsipi əsasında formalaşdırılır. Hazırda MDB orqanlarının vahid büdcəsindən səkkiz təşkilat maliyyələşdirilir.

Büdcəni formalaşdıran və həyata keçirən orqan isə MDB İcraiyyə Komitəsidir. MDB orqanlarının vahid büdcəsi təşkilatın “Büdcə təsnifatı haqqında Əsasnamə” ilə tənzimlənir.

MDB orqanlarının vahid büdcəsindən vəsait aşağıdakılara ayrılır:

Birlik orqanlarının fəaliyyətinin maliyyələşdirilməsi;

Üzv dövlətlərin birgə təşkilati tədbirlərinin maliyyələşdirilməsi. Təşkilatın vahid büdcəsi MDB İqtisadi Şurasının tövsiyəsi ilə MDB Hökumət Başçıları Şurası tərəfindən təsdiq edilir. MDB orqanlarının vahid büdcəsinin valyutası Rusiya Federasiyasının valyutası - Rusiya rubludur. Büdcə alanların maliyyə-təsərrüfat fəaliyyətinin auditi MDB Hökumət Başçıları Şurası sədrinin göstərişi ilə üzv dövlətlərin nümayəndələri tərəfindən ən azı iki ildə bir dəfə aparılır.

Milli

Hər bir dövlətin pay töhfəsi onun baza potensialına əsasən müəyyən edilir ki, bu da hər bir MDB üzv dövlətinin ümumi daxili məhsulun istehsalında orta payının və MDB-nin ümumi əhalisindəki payının üç illik dövr ərzində hesablanması yolu ilə müəyyən edilir. Dövlətlərin vahid büdcəyə pay töhfələrinin məbləğləri hər üç ildən bir nəzərdən keçirilir. Beləliklə, 2026-cı il üçün MDB Hökumət Başçıları Şurasının 12 dekabr 2024-cü il tarixli qərarına uyğun olaraq, MDB orqanlarının vahid büdcəsinə pay töhfəsinin hesablanması üçün istifadə edilən Belarus Respublikasının baza potensialı 2,9% təşkil edəcək.

MDB Hökumət Başçıları Şurasının 29 sentyabr 2025-ci il tarixli "Müstəqil Dövlətlər Birliyi Orqanlarının 2026-cı il üçün Vahid Büdcəsi haqqında" qərarına əsasən, MDB orqanlarının 2026-cı il üçün gəlir və xərclər üzrə vahid büdcəsi, o cümlədən Belarus Respublikasının 59,7 milyon Rusiya rublu məbləğində pay töhfəsi 1717,5 milyon Rusiya rublu məbləğində təsdiq edilib.

Azərbaycanın payına gəldikdə isə rəsmi rəqəmlər açıqlanmasa da, ölkənin MDB büdcəsinə illik töhfəsi təxminən 1–3 milyon ABŞ dolları civarında dəyişir. Bu məbləğ Azərbaycanın ümumi dövlət büdcəsi ilə müqayisədə olduqca kiçikdir və praktik baxımdan ciddi maliyyə yükü yaratmır. Maraqlıdır ki, Azərbaycan MDB-də formal olaraq üzv qalsa da, son illərdə təşkilat daxilində aktivliyi məhdud ölkələr sırasında göstərilir. Bu da onun həm siyasi, həm də iqtisadi baxımdan MDB-də rolunun daha çox simvolik xarakter daşıdığını deməyə əsas verir.

Qeyd edək ki, Sergey Lebedev 9 aprel 1948-ci ildəÖzbəkistanda anadan olub. O, 1965-ci ildə orta məktəbi, 1970-ci ildə Kiyev Politexnik İnstitutunun Çerniqov filialını,
1978-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə MDB İcraiyyə Komitəsinin sədridir.

Musavat.com

Избранный
42
musavat.com

1Источники